29 Sentyabr 2024
Ölkə futbolu

“Hakimin gözündən qaçan xırda səhvlər fəlakətə gətirib çıxardı”

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin digər finalçısı da bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, “Səbail” səfərdəki oyunun ardından evdkə matçda da “Qəbələ”yə məğlub (0:1) olub. Görüşdən sonra “dənizçilər”in baş məşqçisi Şahin Diniyev oyun barəsində fikirlərini bildirib:

“Qırmızı vərəqə və penalti hər şeyi alt-üst etdi. Kuboka xas oyun oldu. Meydanda hər şey var idi. Birinci yarıda üç qol epizodundan istifadə edə bilmədik. Rəqibin isə fasiləyədək qol vəziyyətləri olmadı. İkinci hissənin əvvəlində aldığımız qırmızı vərəqə bütün planları pozdu”.

Gücümüzü qorumaq rotasiyaya əl atmışdıq. Düşüncəmiz belə idi kİ, 60-65-ci dəqiqələrə kimi bu qaydada oynayaq, daha sonra isə hücumameylli futbolçuları meydana buraxaq. Amma alınmadı”.

O, məğlubiyyətə baxmayaraq komandasına təşəkkür edib: “Meydanda azlıqda qalsaq da, xarakter göstərdik. Futbolçular məğlubiyyətlə barışmaq istəmirdilər”.

Təcrübəli baş məşqçi Adil Nağıyevin aldığı qırmızı vərəqənin yersiz olduğunu vurğulayıb: “Düzdür, onun meydanda qalması nəyisə dəyişməyəcəkdi. Bu hərəkətini heç bəyənmədim, özünə də etirazımı bildirdim. Amma cəza verilməyəcək”.

Mütəxəssis görüşün baş hakimi Əliyar Ağayevin idarəçiliyinə də toxunub: “Referinin gözündən qaçan xırda epizodlar sonda fəlakətə gətirib çıxardı. Bununla belə, ümumi hakimlik yaxşı səviyyədə idi”.

Qarşıda beş oyunumuz var. Şanslarımız davam edir. Bundan yararlanmağa çalışacağıq. Kubokda mübarizəni dayandırdığımız üçün rotasiyalar da geridə qaldı. Bundan sonra həftəlik tsiklə düşəcəyik. Əsas heyət üzvləri oynadıqdan sonra nəticə də olacaq. İnanıram ki, Qəbələdən uğurlu nəticə ilə qayıdacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43