29 Sentyabr 2024
Dünya futbolu

“Fənərbağça”ya daha bir zərbə

Enner Valensiya “Fənərbağça”nın yeni müqavilə teklifini rədd edib.

İdmanxeber.az-ın Portuqaliya mətbuatına istinadən xəbər verir ki, ekvadoelu futbolçu klubdan ayrmaq istəyir. Məhz bu səbəbdən də yeni sözləşməyə “yox” deyib. 33 yaşlı futbolçu Braziliyanın “İnternasional” klubu ilə şifahi razılaşıb.

Valensiya “Fənər”dən maaşını 3 milyona qədər qaldırılmasını istəyib. Lakin Superliqa təmsilçisi ona illik 1.8 milyonluq bir maaş təklif edib. Buna görə də, təcrübəli furbolçu “İnternasionla”ın illik 2.5 milyonluq maaş təklifi ilə razılaşıb.

Futbolçunun mövsümün sonunda “Fənərbağça”dan ayrılacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43