29 Sentyabr 2024
Dünya futbolu

Ramosdan Keynə: “Fürsəti geri çevirmə”

“Real”ın və PSJ-nin sabiq müdafiəçisi Serxio Ramos “Tottenhem”in hücumçusu Harri Keynə Madrid klubuna keçməyi tövsiyə edib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçu bu barədə xarici mətbuata müsahibəsində deyib:

“Harri Keyn? İstənilən futbolçuya məsləhətim odur ki, “Real”da oynamaq fürsətini geri çevirməsin. Bu, qalib gəlməyi bilən xüsusi klubdur”

Bundan əvvəl İspaniya mətbuatında dəfələrlə hücumçunun “kral klubu”na mümkün transferi barədə xəbərlər yayılıb.

Keyn bu mövsüm bütün turnirlərdə 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43