29 Sentyabr 2024
Ölkə futbolu

“Zirə” makedoniyalı futbolçunu razı saldı

“Zirə” transfer çalışmalarını davam etdirir.

Avrokuboklara vəsiqə qazana bilməyən qəsəbə təmsilçisi növbəti mövsümün planlamasına başlayıb.

Klub artıq bir neçə isimlə yollarını ayırıb. Növbəti mövsümdən daha iddialı komanda yığmaq istəyən “Zirə” heyətə bir neçə oyunçu qatmaq niyyətindədi.

Artıq komandanın transfer etdiyi futbolçulardan birinin adı bəllidir. “Qəbələ”dən ayrılan İsnik Alimi “Zirə” ilə anlaşıb.

Şimali makedoniyalı yarımmüdafiəçi növbəti mövsümdən “qartallar”da çıxış edəcək. Transferin yaxın vaxtda rəsmən açıqlanacağı gözlənilir.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43