24 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz” “Araz Naxçıvan”ı darmadağın etdi – YENİLƏNİB

Bu gün futbol üzrə Misli Premyer Liqasında 2023/2024 mövsümünə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, açılış oyununda çempionatın debütantı “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib.

“Dalğa Arena”da keçirilən görüşdə qapılara 3 qol vurulub. Qonaqlar Naxçıvan təmsilçisini 3 dəfə meydana mərkəzdən başlamağa vadar edib.

Misli Premyer Liqası
I tur
4 avqust

20:00. “Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3
Qollar: Martin Petkov, 53, 87, Otto Con, 67

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev

VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Dalğa Arena”.

Qeyd edək ki, turun “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” matçları avqustun 5-də, “Kəpəz” – “Neftçi” və “Sabah” – “Qəbələ” görüşləri isə 6-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43