23 Sentyabr 2024
Dünya futbolu

Millimizin futbolçusu oynadı, komandası qələbə qazandı

Millimizin futbolçusu Cəlal Hüseynov yeni klubu “Arda”da debüt matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda Bolqarıstan çempionatının 4-cü turu çərçivəsində səfərdə “Botev”lə qarşılaşıb və bu mövsümdəki ilk qələbəsini qazanıb – 2:0. 

Müdafiəçimiz bu matçda forma geyinmək şansı əldə edib. O, 73-cü dəqiqədə meydana daxil olaraq yeni komandasında debüt edib.

Hazırda “Arda” 4 oyundan sonra 5 xal toplayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43