21 Sentyabr 2024
Ölkə futbolu

Bayılda darmadağın, “Qarabağ” uduzdu – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında ilk turun daha iki oyunu keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, günün ilk matçında “Səbail” “Sumqayıt”ı sınağa çəkib. “ASCO Arena”dakı qarşılaşmada 5 qol qeydə alınıb.

“Kimyaçılar” 3 xalı fərqli qələbə ilə qazanıblar – 4:1.

Digər oyunda isə son çempion “Qarabağ” “Zirə”ni qəbul edib. “Azersun Arena”dakı görüşdə Ağdam təmsilçisi meydandan xalsız ayrılıb-0:1. 

“Qartallar” matçın 48-ci dəqiqəsində Dimitrios Çantakiasın vurduğu qolla oyundan qalib ayrılıb.

Azərbaycan Premyer Liqası

I tur

5 avqust (şənbə)

18:30. “Səbail” – “Sumqayıt” 1:4

Qollar: Rövlan Murarov, 27 (0:1), David Qomis, 62 (1:1), Erik Sorqa 67, (1:2), Kamran Quliyev, 70 (1:3), Səbuhi Abdullazadə, 75 (1:4)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: Fərid Hacıyev
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”.

21:00. “Qarabağ” – “Zirə” 1:0

Qol: Dimitrios Çantakias, 48Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena”.

Qeyd edək ki, çempionatın açılış oyununda “Turan Tovuz” “Araz-Naxçıvan”ı darmadağın edib – 3:0. Tura sabah keçiriləcək “Kəpəz” – “Neftçi” və “Sabah” – “Qəbələ” matçları ilə yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43