23 Sentyabr 2024
Ölkə futbolu

“Zirə” rəhbərliyi komanda ilə görüşdü

“Zirə”nin Müşahidə şurasının sədri Orxan Məmmədov, klubun prezidenti Taleh Nəsibov və digər rəhbər şəxslər komanda ilə görüşüblər.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Orxan Məmmədov yeni mövsümdə komandaya inandığını bildirib və onlara uğurlar arzulayıb.

Daha sonra onlar sabah Premyer Liqanın 1-ci turunda “Qarabağ”la qarşılaşacaq “qartallar”ın məşqini izləyiblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43