22 Sentyabr 2024
Ölkə futbolu

“Sabah”ın oyununa bilet satışı başladı

Misli Premyer Liqasının I turu çərivəsində keçiriləcək “Sabah” – “Qəbələ” oyununun biletləri artıq satışdadır. 

İdmanxeber.az xəbər verir ki, Masazır təmsilçisini mövsümün ilk oyununda stadiondan dəstəkləmək istəyənlər biletləri bu gündən “iticket.az” saytından, sabahdan etibarən isə “Bank Respublika Arena”nın kassasından əldə edə bilərlər. Biletlərin qiyməti 1 və 2 AZN-dir.

Biletinizi onlayn almaq üçün: https://iticket.az/events/sport/sabah-fk-qebele-fk/97686

Qeyd edək ki, “Sabah” – “Qəbələ” matçı sabah saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43