22 Sentyabr 2024
Dünya futbolu

Ramilin komandası kubokun finalında uduzdu

Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand Çempionlar Kuboku uğrunda matça çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvünün formasını geyindiyi komanda “Banqkok Yunayted”ə 0:2 hesabı ilə məğlub olub. Ramil də görüşün iştirakçısı olub. O, əsas heyətdə meydanda çıxıb və sona qədər oynayıb.

“Buriram Yunayted” – “Banqkok Yunayted” – 0:2

Qollar: Uillen Mota, 8, Mahmud Eid, 50


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43