“Mançester Yunayted” “Latsio”nun qolkiperi İvan Provedellə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu təcrübəli qapıçı üçün 30 milyon avro tələb edir.
Provedel bu mövsüm Çempionlar Liqasının 1-ci turunda “Atletiko” ilə görüşdə son dəqiqədə qol vuraraq komandasını məğlubiyyətdən xilas etmişdi.