Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vuruldu.
İdmanxeber.az-ın məlumatına görə, turun ən çox maraq göstərilən görüşü Sumqayıtda baş tutub. Yerli komandanın “Qarabağ”a qarşı matçını (1:6) 1300 tamaşaçı izləyib.
Turun ən az azarkeşinin qeydə alındığı qarşılaşma isə Qəbələdə keçirilib. Ev sahibinin “Kəpəz”ə 0:3 məğlub olduğu oyunu tribunalardan 250 tamaşaçı izləyib.
Digər oyunlarda qeydə alınan azarkeş sayı belədir:
Zirə – Araz Naxçıvan (1100 – 0:0)
Sabah – Səbail (1100 – 4:0)
Neftçi – Turan Tovuz (1000 – 3:2)