“Mançester Yunayted” Antoni Marsiyalın müqaviləsini uzatmayacaq.
İdmanxeber.az-ın məlumatına görə, fransalı hücumçunun “qırmızı şeytanlar”la olan sözləşməsi gələn ilin yayında bitir. Müqavilədə 1 illik uzatma bəndi olsa da, MY bundan istifadə etməyəcək.
Marsiyal 2015-ci ildən “mankunianlar”da çıxış edir. O, bu mövsüm 19 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.