Nik Poupun ciddi zədəsindən sonra “Nyukasl” qolkiper axtarışını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, “sağsağanlar”ın gündəminə azad agent olan Hüqo Loris gəlib. Onlar həmçinin Sem Constonla da maraqlanır.
İngiltərə klubunun baş məşqçi Eddi Hau yanvarda sərəncamında yeni qapıçı görmək istəyir.
“Nyukasl” 16 turdan sonra Premyer Liqada 26 xalla 7-ci yeri tutur.