20 Sentyabr 2024
Ölkə futbolu

Veşoviç “Hakken” oyununu buraxacaq?

Premyer Liqanın 16-cı turu çərçivəsində keçirilən “Sumqayıt” grüşündə zədələnən “Qarabağ”ın futbolçusu Marko Veşoviç son durumu müəyyənləşib.

İdmanxeber.az-a verilən məlumata görə, monteneqrolu müdafiəçinin durumu ciddi deyil. O, bu gün komanda ilə keçirilən məşqlərdə iştirak edib. Veşoviçin “Hakken”lə oyunda meydanda olması gözlənilir.

“Qarabağ” – “Hakken” matçı dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43