22 Sentyabr 2024
Dünya futbolu

Afrikada ilin futbolçusu açıqlandı

“Napoli”nin hücumçusu Viktor Osimhen 2023-cü ilin ən yaxşı afrikalı futbolçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, mükafatlandırma mərasimi dekabrın 11-də Mərakeşdə (Mərakeş) baş tutub. Namizədlər arasında “Liverpul”un hücumçusu Məhəmməd Salah və PSJ-nin müdafiəçisi Əşrəf Hakimi mübarizə aparırdı.

Ən yaxşı məşqçi Mərakeş yığmasını 2023-cü ildə Qətərdə keçirilən dünya çempionatında yarımfinala çıxaran Valid Reqraqi olub. Ən yaxşı qapıçı adına isə “Əl-Hilal”ın futbolçusu Yasin Bounu sahib çıxıb.

Osimhen ötən mövsüm “Napoli”nin heyətində 39 oyuna çıxıb, 31 qol vurub və 5 məhsuldar ötürmə verib. 

2022-ci ildə ilin ən yaxşı oyunçusu mükafatı Sadio Maneyə (Seneqal) verilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43