22 Sentyabr 2024
Dünya futbolu

“Özümü balaca uşaq kimi hiss edirəm” – “Real”ın hücumçusu

“Real”ın hücumçusu Xoselu Madrid klubuna qayıtdıqdan sonra duyğularını bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı oyunçu “kral klubu”nda çox xoşbəxt olduğunu açıqlayıb:

“Özümü balaca uşaq kimi hiss edirəm. Bu, hər bir futbolçunun arzusudur. Bir dəfə burada özümü sübut etmək şansım oldu və indi bir şans daha verildi. Evə qayıtdığım üçün çox şadam”.

Joselu “Real”a “Espanyol”dan icarə əsasında keçib. Tərəflər arasında müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir.

O, bu mövsüm La Liqada 16 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43