22 Sentyabr 2024
Dünya futbolu

“Çempionluq uğrunda sona qədər mübarizə aparacağıq”

La Liqanın 16-cı turunun matçında “Atletiko” doğma meydanda “Almeriya” üzərində qələbə qazanıb (2:1).

İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından Madrid təmsilçisinin futbolçusu Antuan Qrizmann Madrid klubunun çempionluq şanslarından danışıb.

“Rəqib böyük qüvvələrlə hücuma keçdi və bəzən bizi çaşdırırdı. Ən əsası qələbə qazanmağımızdır və bu, ötən mövsümlə müqayisədə çox böyük addımdır.

Çempionluq uğrunda sona qədər mübarizə aparacağıq. Qarşıda uzun bir yol olduğunu bilirik. İndi dincəlməli və Çempionlar Liqasında “Latsio” ilə oyun haqda düşünməliyik”.

Xatıladaq ki, “Atletiko” hazırda 34 xalla 3-cü pillədədir. Komanda lider “Jirona”dan 7 xal geridədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43