21 Sentyabr 2024
Ölkə futbolu

Mahir “Dinamo”da narazıdır – təkliflər dəyərləndiriləcək

Xorvatiyanın “Dinamo” klubunda çıxış edən Mahir Emreli komandadan ayrıla bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, millimizin futbolçusu karyerasını başqa yerdə davam etdirmək niyyətindədir. Belə ki, Emreli “Dinamo”da stabil olaraq forma şansı qazana bilmədiyi üçün mövcud durumdan narazıdır.

Bu səbəbdən də o, icarə əsasında başqa kluba keçməyin əleyhinə deyil. Millimizin üzvü qışda özünə gələcək təklifləri dəyərləndirəcək.

Xatırladaq ki, Mahir Emreli ötən mövsümün ikinci yarısını icarə əsasında “Konyaspor”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43