21 Sentyabr 2024
Dünya futbolu

“Ümid edirəm Bellinqem Ronaldo səviyyəsinə çatar”

“Real”ın futbolçusu Lukas Vaskes yarımmüdafiəçi Jud Bellinqem barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, o, ingiltərəəli futbolçunu komandanın keçmiş futbolçuları – Kristiano Ronaldo və Karim Benzema ilə müqayisə edib:

“Bellinqem Ronaldo və Benzema səviyyəsinə çata bilərmi? Bu barədə danışmaq hələ tezdir. Bilirik ki, Kristiano və Karim klubun böyük əfsanələrdir. Əlbəttə, ümid edirəm ki, Jude onların səviyyəsinə çata biləcək”.

Ronaldo və Benzema hazırda Səudiyyə Ərəbistanı çempionatında çıxış edirlər.

20 yaşlı ingilis bu yay Madrid klubuna Dortmund “Borussiyası”ndan keçib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43