21 Sentyabr 2024
Dünya futbolu

“Modriçin karyerası heyrətamizdir”

Almaniyanın “Union” klubunun müdafiəçisi Leonardo Bonuççi “Real”ın futbolçusu Luko Modriç barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, o, xorvatiyalıya heyran olduğunu bildirib.

“Mən Luka Modriçi çox bəyənirəm, ona qarşı xüsusi sevgi və heyranlıq hiss edirəm. Modriç karyerasında, xüsusən də son illərdə gördükləri heyrətamizdir. Bu, əsl çempionun və müstəsna futbolçunun əlamətidir”.

Xatırladaq ki, bu gün Çempionlar Liqası qrup mərhələsinin sonuncu turunda “Union” və “Real” komandaları qarşılaşacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43