20 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın yazacağı yeni tarixi səbirsizliklə gözləyirik”

“Qarabağ”ın qrupdan çıxmaq şansı öz əlindədi. Öz meydanımızda oynayırıq və bu üstünlüyümüzdü”.

Bu sözləri İdmanxeber.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rahid Əmirquliyev deyib.

Ağdam təmsilçisi tarixində ilk dəfə Avropa Liqasında 1/16 final mərhələsinə vəsiqə qazana bilər. “Köhlən atlar”ın sabiq futbolçusu “Hekken”lə oyunda “Qarabağ”dan qələbə gözlədiyini bildirib:

“Qarabağ”ın oyununu səbirsizliklə gözləyirik. Düzdü, “Hekken” heç də zəif komanda deyil. Çətin oyun olacaq. Onlar da Bakıda ilk xal və ya xallarını qazanmağa çalışacaqlar. Lakin bu, Azərbaycan futbolu, “Qarabağ” üçün böyük şansdı. “Qarabağ” növbəti qələbə qazanmağa həm hazırdı, həm də layiqdi. Yazılacaq yeni tarixi səbirsizliklə gözləyirik və komandamıza uğurlar arzulayıram”.

Qeyd edək ki, “Qarabağ” – “Hekken” oyunu dekabrın 14-də keçiriləcək və saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43