20 Sentyabr 2024
Dünya futbolu

Halil Umut Meler: “Klub prezidenti mənə “səni öldürəcəm” dedi”

Türkiyə Super Liqasının növbəti turunda keçirilən “Ankaragücü” – “Rizəspor” matçından sonra döyülən baş hakim Halil Umut Meler polişə şikayət edib.

İdmanxeber.az-ın məlumatına görə, FİFA referisi görüşün ardından baş verənlərlə bağlı danışıb. Meler “Ankaragücü” prezidenti Faruk Kocanın onu hədələdiyini bildirib:

“Üzərimə gələrək “səni öldürəcəm” dedi. Digər hakim yoldaşlarımı da təhdid etdi. Ondan şikayət edəcəm. Bu məsələnin sonuna qədər gedəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43