20 Sentyabr 2024
Dünya futbolu

“Qarabağ”ı gözləyən rəqiblər: “Qalatasaray”, “Benfika”, “Lans”…

Çempionlar Liqasında mübarizəni dayandıraraq yoluna Avropa Liqasında davam edəcək klubların bəzilərinin adına aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Benfika”, “Braqa” (Portuqaliya) klubları Avropa Liqasının 1/16 mərhələsinə vəsiqə qazanıb.

Hazırda AL-də mübarizəni davam etdirən təmsilçimiz “Qarabağ” qrupu ikinci kimi başa vura bilsə, turnirin 1/16 final mərhələsinə vəsiqə qazanacaq.

Belə olan halda, yuxarıda adıçəkilən klublar Ağdam təmsilçisinin potensial rəqibləri olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Hekken” matçı dekabrın 14-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43