20 Sentyabr 2024
Ölkə futbolu

“Almaniyada gələcək üçün yaxşı şeylər öyrəndik” – İlqar Nadiri

“Almaniya səfəri çox yaxşı keçdi. Təşkilatçıların hər birinə təşəkkür edirəm. Belə yeniliklərin ölkə üçün çox faydası var”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in idarə heyətinin sədri İlqar Nadiri Almaniyanın Frankfurt şəhərində qatıldığı “Elite Club Programme” təhsil layihəsinin ikinci mərhələsi barədə danışarkən deyib. Klub rəsmisi daha sonra belə davam edib:

“Bu seminarları olduqca vacib hesab edirəm. Almaniyada idarəedicilik baxımından gələcək üçün yaxşı şeylər öyrəndik. Hər şey detallı şəkildə bizə izah olunurdu. Təbii ki, onların şəraiti ilə bizimki eyni deyil. Vəziyyəti eyniləşdirə bilmərik.

Ancaq ən azından onların inkişaf yoluna baxdıq, bundan təcrübə qazandıq. Orada akademiya, klub idarəetməsi, uşaq futbolu çox yüksək səviyyədə təşkil edilib. Biz də gördüklərimizdən nələrsə öyrənməliyik və bunu öz işimizə tətbiq etməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43