20 Sentyabr 2024
Dünya futbolu

İtaliyalı futbolçu karyerasını bitirdi

Corcio Kyellini peşəkar futbol karyerasını bitirdiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, son olaraq MLS-də çıxış edən 39 yaşlı müdafiəçi butslarını asmağa qərar verib.

Karyerasının böyük hissənini “Yuventus”da keçirən Kyellini burada 9 dəfə A seriyasının qalibi olub. O, həmçinin İtaliya millisi ilə Avro-2020-nin qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43