20 Sentyabr 2024
Dünya futbolu

“Barselona” prezidentindən Xavi açıqlaması

“Barselona”nın prezidenti Joan Laporta İspaniya klubunun baş məşqçisi Xavinin gələcəyi ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri ispaniyalı mütəxəssisin komandadan ayrılıb-ayrılmayacağı yönündəki iddiaları belə cavablandırıb:

“Biz Xaviyə tam güvənirik. İnsana güvən aşılayanda o, əlindən gələni edər. Xavi təkcə bilikli deyil, həm də əla məşqçidir. O, futbolçularını qoruyan əzmkar insandır, bu da onun haqqında çox şey deyir”.

“Barselona” Çempionlar Liqasının qrup mərhələsinin final oyununda “Antverpen”ə uduzub (2:3). La Liqanın 17-ci turunda Xavinin komandası “Valensiya” ilə heç-heçə edib (1:1).

35 xalla “Barselona” İspaniya çempionatında 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43