19 Sentyabr 2024
Dünya futbolu

“Bavariya”dan Müller açıqlaması – müqavilə imzalanır

“Bavariya”nın fəxri prezidenti Uli Hönes Münhen klubunun hücumçusu Tomas Müllerin klubla yeni müqavilə imzalayacağını bildirib.

İdmanxeber.az-ın məlumatına görə, dekabrın 18-də 34 yaşlı almaniyalının Münhen təmsilçisi ilə sözləşməsini 2025-ci ilə qədər uzadacağı vurğulanıb. Müllerin klubla hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.

Bu mövsüm Müller “Bavariya”nın heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43