“Barselona”nın müdafiəçisi Serxi Roberto İspaniya çempionatının 18-ci turunun “Almeriya” ilə qarşılaşmasında (3:2) 2 qol vurub.
İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı ispaniyalı karyerasında ilk dəfə bütün kataloniyalıların heyətində dubla imza atıb. O, “Blauqrana”nın heyətində 357 oyun keçirib.
“Barselona” 38 xal toplayaraq La Liqanın turnir cədvəlində 3-cü pilləyə yüksəlib.