19 Sentyabr 2024
Dünya futbolu

“Əl-Nəsr”in müdafiəçisi “Real”a “yox” dedi

“Əl-Nəsr”in müdafiəçisi Emerik Laport “Real”a keçməkdən imtina edib.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi 29 yaşlı ispaniyalıya müqavilə təklif edib. Lakin futbolçu bu təklifi qəbul etməyib.

Müdafiəçi 2023-cü ilin avqustunda “Mançester Siti”dən “Əl-Nəsr”ə keçib. O, bu mövsüm 20 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43