20 Sentyabr 2024
Ölkə futbolu

Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olmayacaq

Rövnəq Abdullayev 2 ay sonra AFFA-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcək.

Sabiq SOCAR rəhbərinin 5-ci dəfə federasiyaya prezident olmaq arzusuna razılıq verilməyib.

2008-ci ildən quruma rəhbərlik edən R.Abdullayevin futboldan da “təqaüdə” göndəriləcəyi gözlənilir.

58 yaşlı funksionerin geridə qalan 15 ildə Azərbaycan futbolunu uçuruma aparması yetkililəri bu addımı atmağa vadar edib. (Mediasport.az)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43