19 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz” qış hazırlığını Türkiyədə keçəcək

“Turan Tovuz” klubunun qış hazırlıq planı bəlli olub.

İdmanxeber.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda mövsümün ikinci yarısına hazırlıq məqsədi ilə yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Lara bölgəsindəki “Ask Lara” otelində məskunlaşacaq kollektiv ayın 17-dək toplanışı burada davam etdirəcək. “Turan Tovuz” həmçinin 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Hələlik rəqiblər bəlli deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43