“Zirə” yeni futbolçu ilə anlaşıb.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ceyhun Nuriyev “Sabah” klubundan transfer edilib.
22 yaşlı yarımmüdafiəçiylə 2,5 illik müqavilə imzalanıb. Bu, “Zirə”nin qış fasiləsində ilk transferi olub.
Qeyd edək ki, Ceyhun Nuriyev Azərbaycan millisində də çıxış edib.