“Mançester Siti” tezliklə “River Pleyt”in argentinalı yarımmüdafiəçisi Klaudio Eçeverri transferini açıqlayacaq.
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” artıq 17 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Transfer məbləği 20 milyon avrodan çoxdur.
Argentinalının hazırkı komanda ilə müqaviləsi 2024-cü ilin dekabrına qədərdir.