19 Sentyabr 2024
Dünya futbolu

Ronaldo dubl etdi, Messiyə çatdı

“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 17-ci turu “Əl-İttihad”la qarşılaşmasında (5:2) iki qol vurub.

İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı portuqaliyalı bununla 157-ci dublunu gerçəkləşdirib və “İnter Mayami”nin hücumçusu Lionel Messiyə (157) çatıb.

Ronaldo 2023-cü ildə 53-cü qolunu vuraraq bombardirlər siyahısında Harri Keyn və Kilian Mbappeni geridə qoydu.

Kristiano 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Cari mövsümdə forvard “Əl-Nəsr”in heyətində 24 oyun keçirib, 23 qol vurub, 11 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43