19 Sentyabr 2024
Ölkə futbolu

Toralla Juninyonun qiyməti qalxdı, Musa Qurbanlının dəyəri düşdü

Nüfuzlu “Transfermarkt” saytı oyunçuların transfer qiymətlərini yeniləyib.

İdmanxeber.az-ın məlumatına görə, bəzi azərbaycanlı oyunçuların da qiymətlərində dəyişiklik baş verib. Belə ki, İsveçin “Yurqorden” klubunda çıxış edən Musa Qurbanlının dəyəri 1 milyon avrodan 900 minə enib.

“Qarabağ”ın futbolçuları Toral Bayramovla Juninyonun isə dəyəri artıb. Millimizin üzvü 500 mindən 800 minə, braziliyalı isə 600 mindən 1 milyona avroya yüksəlib.

Karyerasını Türkiyənin “Hatayspor” klubunda davam etdirən Renat Dadaşovun da qiymətində yüksəliş var. Azərbaycanlı hücumçunun dəyəri 1,6 milyondan 2 milyona avroya çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43