Müdafiəçi Layvin Kurzava və hücumçu Yuqo Ekitike PSJ-ni tərk edə bilər.
İdmanxeber.az “Le Parisien”ə istinadən xəbər verir ki, Paris klubu qış transfer pəncərəsində futbolçularla yolları ayrılmaq niyyətindədir. Bu mövsüm Kurzava və Ekitike meydanda cəmi 8 dəqiqə keçirib.
Ümumilikdə 31 yaşlı Kurzava parislilərin heyətində 154 oyun keçirib. O, 14 qol vurub və 23 məhsuldar ötürmə edib. 21 yaşlı Ekitikenin 33 oyunda 4 qol və bir məhsuldar ötürmə var.