“Tottenhem”in mərkəzi müdafiəçisi Kristian Romero zədə səbəbindən 4-5 həftə yaşıl meydanlardan kənar qalacaq.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı argentinalı şənbə günü “Everton”a 2:1 hesabı ilə qalib gəldikləri oyunda ayağından zədə alıb.
Bu mövsüm Romero komandanın heyətində 15 oyun keçirib və 3 qol vurub.