Yunanıstan voleybol çempionatında yaşanan hadisədə yaralanan polis vəfat edib.
İdmanxeber.az-ın məlumatına görə, dekabrın 7-də “Olimpiakos”la “Panatinaikos” arasında gerçəkləşən matçda dava düşüb. Afinadakı oyunda azarkeşlərdən birinin fişəng atması sonrası yararlalan polis dünən xəstəxanada həyatını itirib.
Həmin tərəfdarın həbs edildiyi və oyunların fevrala qədər azarkeşiz keçiriləcəyi bildirilib.