09 Noyabr 2024
Ölkə futbolu

Rəfiyevin səriştəsiz legionerləri

Bir müddət yerli futbolçularla mübarizə aparan “Sumqayıt” sonradan fikrini dəyişərək leioner oyunçulara üz tutdu. Bununla daha ciddi hədəflər bəlirləmək istəyən rəhbərlik heyət səviyyəsinin də artacağını düşünürdü. Ötən mövsüm əcnəbi futbolçuların çoxluq təşkil etdiyi komanda birtəhər Premyer Liqada qaldı. Elə həmin dövrdən haqlı olaraq tənqid edilən uğursuz legioner transferləri hələ də davam edir.

“Sumqayıt” cari mövsümdə ötə ilə nəzərən daha yaxşı nəticə ortaya qoysa da, heyətə cəlb edilən əcnəbi oyunçulardan istədiyini ala bilmir. Məsələn, “kimyaçılar”ın yarımmüdafiəçisi Masaki Murata geridə qalan 18 oyunda cəmi bir qol vurub. Yaponiyalı assist belə etməyi bacarmayıb. 

Heyətin digər əcnəbiləri də performans olaraq aşağı səviyyədə çıxış edir. Hücum xəttində yer alan Kasimir Ninqa 11 oyun keçirməsinə rəğmən, aktivində nə qol, nə də məhsuldar ötürmə var. Komandanın digər hücuma meyilli oyunçusu Oktavio da Ninqa ilə eyni aqibəti yaşayır. Braziliyalı 15 oyunda heç nə ilə yadda qala bilməyib.

Sol cinah müdafiəçisi Abou Dossu da passif oyunçular siyahısındadı. “Sumqayıt”da 13 oyun keçirən sol cinah müdafiəçisinin irəli xəttdəki məhsuldarlığı sıfırdır. O, cari mövsüm bir dənə məhsuldar ötürmə edə bilməyib. Müasir futbolda cinah oyunçularının önəmini bilməyən yoxdur. Dünya futbolunda cinah müdafiəçiləri hücuma qoşulur, assist edir, qol vurur. Öz dünyası olan “Sumqayıt”da isə vəziyyət başqa cürdü.

Görünən odur ki, səviyyə yüksəltmək üçün əcnəbilərə müraicət etmək qərarı verən rəhbərliyin transfer siyasəti başdan-ayağa fiasko ilə keçir. 

Ola bilsin ki, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev özünün menecerlik şirkəti vasitəsilə komandaya cəlb etdiyi bu oyunçulardan yaxşı pul qazanıb. Bəs bu oyunçuların ölkə futboluna, eləcə də komandasına hansı faydanı verəcəyi onu narahat edir? Əlbəttə, etmir.

Bu futbolçular Azərbaycanda minimum əmək haqqına oynamır. Dövlətin klubların inkişaf etməsi məqsədilə ayrıdığı büdcədən maaş alır. Əvəzedici liqamız səviyyəsində olan bu əcnəbilər heç nə etmədən Premyer Liqada beləcə vaxt keçirir, pul qazanır və rəfiyev kimilərin ciblərini doldurur.

İllərdir Azərbaycan futboluna onlarca səviyyəsiz əcnəbi cəlb edən Riad Rəfiyevin şirkəti beləcə sayısız yerli oyunçuların önünün kəsilməsinə əngəl olub və hələ də buna davam edir.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43