20 Sentyabr 2024
Ölkə futbolu

Nə Şeydayev, nə də Qurbanlı… (I HİSSƏ)

Legioner həyatı yaşayan azərbaycanlı futbolçularımız çıxış etdikləri klublarında qeyri-stabil çıxışı ilə diqqət çəkir. Başa vurmaqda olduğumuz 2023-cü il bir çox futboçularımız ya əsas heyətdən kənarda qaldı, ya da onlara tanınan şansı boşa verməkdədi. Təbii ki, onların içində sərgilədiyi futbol, ortaya qoyduğu məhsuldarlıqla seçilən futbolçular da var.

İdmanxeber.az saytı sizi legioner həyatı yaşayan futbolçularımızın 2023-cü ildəki performansı ilə tanış edir:

Ramil Şeydayev

Millimizin də şərəfini qoruyan Şeydayev yayda “Qarabağ”ı Taylandın “Buriram Yunayted” klubuna dəyişdi. Bu kluba gedəndən sonra ilk həftələr futbolçumuz üçün uğurlu alındı. Lakin sonradan əsas heyətdəki mövqeyini itirən Şeydayev indi “Buriram Yunayted”in heyətində nadir hallarda əsas heyətdə yer alır.  Milli üzvü meydana çıxdığı 11 rəsmi matçda 1 qol vurub və 4 məhsuldar ötürmə edə bilib. 27 yaşlı futbolçu Tayland çempionatında 1 sarı vərəqə də alıb. O, həmçinin Asiya Çempionlar Liqasının qrup mərhələsində Çinin “Çyoçyan” komandası ilə görüşdən sonra kütləvi davada iştirakı səbəbi ilə sərt cəzalandırılıb.

Musa Qurbanlı

Yayda “Qarabağ”dan ayrılan digər futbolçu – Musa Qurbanlı İsveçin “Yurqorden” klubuna transfer oldu. Musanın da klubdakı taleyi nisbətən Şeydayevki ilə eyni oldu. Milli üzvü ilk oyunlarda “Yurqorden”in əsas heyətində yer almağa başladı. Lakin sonradan o da əsas heyətdəki mövqeyini itirdi və meydana daha çox sonradan daxil oldu. Musanın İsveç klubundakı performansı isə 12 oyunda 2 qol və 1 məhsuldar ötürmə oldu.

Anton Krivotsyuk

Digər ii milli üzvündən fərqli milliləşdirilən Krivotsyukun klubundakı performansı göz oxşayır. Cənubi Koreyanın “Daejeon Hana Sitizen” klubunda çıxış edən müdafiəçi komandasına 31 oyunda kömək edə bilib. O, həmçinin 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Krivotsyuk Cənubi Koreyada başa çatan mövsümdə 9 sarı və 1 qırmızı vərəqə də alıb.

Vüsal İsgəndərli

Millinin sabiq üzvü Vüsal İsgəndərli çıxış etdiyi Albaniyanın “Eqnatiya” klubunda əsas heyət üzvünə çevrilə bilib. O, bir çox oyunda fərqlənməklə komandasına xal və xallar qazanmaqda yardımçı olub. Futbolçumuz Albaniya Superliqasında “Eqnatiya” forması ilə 2023-cü ildə 18 oyunda meydanda olub ki, bunların 6-da qol vurmağı bacara bilib. Aktivində məhsuldar ötürmə olmayan Vüsal 3 matçda sarı vərəqə alıb.

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43