19 Sentyabr 2024
Dünya futbolu

Klopp Salahın milliyə gedişini belə şərh etdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Məhəmməd Salahın 2024-cü ildə Afrika Millətlər Kubokunda iştirak etməsinə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis vəziyyətin öhdəsindən gələcəklərini vurğulayıb:

“Bu, birinci dəfə deyil. Keçmişdə həm Salah, həm də Mane gedəndə daha pis idik, amma həmişə bunun öhdəsindən gəlmişik. Afrika Kubokunun vaxtaşırı baş verdiyini və onun getməli olduğunu bilirdik. Bununla barışmalıyıq və edəcəyik” 

Bu mövsüm Salah komandanın heyətində bütün yarışlarda 26 oyun keçirib, 16 qol vurub və 8 məhsuldar ötürmə edib. 31 yaşlı futbolçunun sərvəti 65 milyondur.

Premyer Liqanın turnir cədvəlinə 42 xalla “Liverpul” başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43