21 Sentyabr 2024
Dünya futbolu

“Liverpul” Mbappe üçün hərəkətə keçdi

“Liverpul” PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək üçün hərəkətə keçib.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar” 25 yaşlı fransalı futbolçunu Məhəmməd Salahın əvəzləyicisi kimi nəzərdən keçirir. Baş məşqçi Yurgen Klopp uzun illərdir ki, Mbappeni izləyir. 

Ulduz futbolçunun PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Bu mövsüm o, parislilərin heyətində bütün turnirlərdə 22 oyun keçirib, 21 qol vurub və 2 məhsuldar ötürmə edib.

Transfermarkt portalı futbolçunun dəyərini 180 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43