21 Sentyabr 2024
Ölkə futbolu

Gəncə Futbol Akademiyası nə vaxt açılır? – Açıqlama

Gəncə Futbol Akademiyasının açılışının bu ay olacağı gözlənilir.

Bu barədə İdmanxeber.az saytına akademiyanın rəhbəri Cabir İbrahimov açıqlama verib. O, açılış barədə konkret tarix deməyib:

“Akademiya açılışa tam hazırdır. Rəhbərlik bu yaxınlarda dəqiq tarixi açıqlayacaq. Çox güman bu ay gerçəkləşəcək.

Akademiyada hər bir şey yüksək səviyyədə təşkil edilib. Gələcəkdə “Kəpəz”ə, Gəncə futboluna töhfə verəcək uşaqların yetişəcəyinə əminəm”.

Elnur İsmayılov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43