22 Sentyabr 2024
Dünya futbolu

“Real”ı bəyənirəm, burada qalmaq istəyirəm” – Karlo Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubundakı gələcəyi haqda danışıb.

İdmanxeber.az-ın məlumatına görə, dekabrın 29-da italiyalı klubla müqavilə uzadan təcrübəli mütəxəssis yeni sözləşməsini belə şərh edib:

“Bu mənim son işimdir, təsdiq edirəm. Sonun nə vaxt gələcəyini bilmirəm. 2026-cı ildən sonra qala bilərəm. 2026-cı il məşqçilik karyeramın son ili ola bilər, olmaya da bilər. Mən məşqçi olmağı sevirəm və ümid edirəm ki, 2027 və 2028-ci illərdə də çalışacam. Madridi bəyənirəm, burada qalmaq istəyirəm”.

Ançelotti 2021-ci ildən ispan klubuna başçılıq edir, daha əvvəl 2013-2015-ci illərdə Madrid klubunda çalışıb.

Bu mövsüm “Real” La Liqada 18 oyundan sonra 45 xalla birinci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43