20 Sentyabr 2024
Dünya futbolu

Runinin “Birmingem” macərası 2 ay çəkdi

“Birmingem” Ueyn Runinin vəzifəsinə son verib.

İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis Çempionşip klubunda cəmi 2 ay çalışa bildi.

Runi “Birmingem”in baş məşqçisi kimi çıxdığı 15 oyunun doqquzunda məğlub olub. “Mavilər” 24 komandanın mübarizə apardığı Çempionşipdə 28 xalla 20-ci yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43