20 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” Çempionlar Liqasının tarixinə düşdü

İngiltərədə yerləşən “GiveMeSport” portalı Çempionlar Liqası tarixində oynamış büdcəsinə görə ən kiçik 10 klubun siyahısını tərtib edib.

İdmanxeber.az xəbər verir ki, reytinqdə Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb. Ağdam klubu 4-cü yerdə qərarlaşıb.

Siyahı klubların ilk növbədə iqtisadi vəziyyətini, tarixini, azarkeş bazasını və oyuna gələn fanatlarının sayını nəzərə almaqla hazırlanıb.

Bu siyahıya düşən 10 komanda aşağıda adları qeyd edilənlərdir:

1. “Unirya” (Rumıniya)

2. “Şerif” (Moldova)

3. “Astana” (Qazaxıstan)

4. “Qarabağ” (Azərbaycan)

5. BATE (Belarus)

6. “Maribor” (Sloveniya)

7. APOEL (Kipr)

8. “Viktoriya” (Plzen, Çexiya)

9. “Krasnodar” (Rusiya)

10. “Antverpen” (Belçika)

Xatırladaq ki, “Qarabağ” 2017/18 mövsümündə Azərbaycan futbolu tarixində ilk və hələlik sonuncu dəfə Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43