20 Sentyabr 2024
Dünya futbolu

“Lyon” əlcəzairli oyunçuyla maraqlanır

”Lyon” “Vest Hem”də çıxış edən Səid Benrahmanı transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, iki klub arasında hələlik razılıq yoxdur. Əlcəzairli vingerlə “Fulhem” və “Vulverhempton” da maraqlanır.

Fransa klubunun bir digər hədəfi isə Arno Dancumadır.

Son 3 oyunda qələbə qazanan “Lyon” Fransa çempionatında son pillədən qurtulmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43