20 Sentyabr 2024
Ölkə futbolu

“Kəpəz” “Səbail”in sabiq üzvünü transfer edə bilər

“Kəpəz” heyətinə daha bir futbolçu qata bilər.

İdmanxeber.az-a verilən məlumata görə,  Gəncə təmsilçisi “Səbail”in sabiq futbolçusu Ədilxan Qaraəhmədovu baxışa dəvət edib. Məşqçilər heyəti oyunçunun çıxışından razı qalsa, onunla müqavilə imzalanacaq. 

Xatırladaq ki, 22 yaşlı futbolçu mövsümə I Liqa təmsilçisi “İrəvan”da başlasa da, klubda yaranan maliyyə problemləri səbəbindən oradan ayrılmışdı. Futbolçu ötən mövsümü “Səbail” klubunda keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43