20 Sentyabr 2024
Dünya futbolu

“Braziliya millisindən mənə təklif gəlməyib”

“Roma”nın baş məşqçisi Joze Mourinyo Braziliya millisinə rəhbərlik edə biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis çıxan iddiaları belə cavablandırıb:

“Braziliya millisindən mənə təklif gəlməyib. Agentimə demişəm ki, “Roma”nın baş məşqçisi olduğum müddətdə heç kimlə danışma. Klubun sahiblərinə 100 faiz güvənirəm. Mən onları həmişə məlumatlandırmışam”.

60 yaşlı portuqaliyalı 2021-ci ilin yayından “Roma”nı çalışdırır. 18 turdan sonra romalılar 28 xalla A Seriyasında 7-ci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43